Bakıdan daha bir şəhərə aviareys açılacaq
02 MAY 2016
983

Bakıdan daha bir şəhərə aviareys açılacaq

İyunun 1-dən Misirin "Air Cairo" aviaşirkəti tərəfindən Bakı - Şarm əş-Şeyx - Bakı reysi açılacaq. Fins.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, yay turizm mövsümünün başlaması ilə əlaqədar həyata keçiriləcək aviareyslər həftədə bir dəfə olacaq: "Bu reyslər yay mövsümü ilə bağlı açılsa da, onun daimi olacağına ümid edirik. Çünki Misir istiqaməti dünya turizmində populyardır. Bu ölkə yay turizm ölkəsi kimi tanınır. Burada qiymətlər başqa tuzirm ölkələrinə nisbətən aşağıdır".

Bir neçə il əvvəl Bakıdan Şarm əş-Şeyxə çarter reysləri olsa da, sonradan dayandırılıb.

Mənbə: "Trend"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır