Türkiyədə hotel biznesinə maraq azalıb
05 MAY 2016
384

Türkiyədə hotel biznesinə maraq azalıb

Bu ilin 1-ci rübündə Türkiyənin 27 şəhərində 53 yeni hotelin tikintisi üçün icazə alınıb. Fins.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Otelçilər Birliyindən məlumat verilib. Məlumata görə, həmin otellərin tikintisinə 645,3 milyon lirə pul qoyulmalıdır. Amma bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 42% azdır.

Təkcə mart ayı üzrə də otel biznesinə yatırım planlarında azalma olub. Məlumata görə, həmin ay 17 şəhərdə tikintisinə icazə verilmiş 25 otelə 321,7 milyon lirə yatırılmalıdır. Halbuki, ötən ilin mart ayında bu məbləğ 595,1 milyon lirə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır