Türk hotelləri boşalır – QİYMƏTLƏR AZALIR
05 MAY 2016
1110

Türk hotelləri boşalır – QİYMƏTLƏR AZALIR

Türkiyə hotelləri qiymətləri endirməyə başlayıb. Türkiyə Hotelçilər Birliyindən fins.az-a verilən məlumata görə, Türkiyə-Rusiya münasibətlərinin gərginlənməsi,o cümlədən  son terror hadisələri ölkəyə gələn turislərin sayını xeyli azaldıb.Müştərini artırmaq istəyən hotellər isə qiymətləri aşağı salmağa başlayıblar.Birliyin verdiyi məlumata görə, hotellərlə bağlı mart ayı üzrə statistikalar məlum olub. 

Türkiyədə hotelə gedənlər 12,5 % azalıb 

Məlumata əsasən ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyə hotellərində doluluq  16,5 % azalaraq 52,5 % təşkil edib. İlin ilk rübünə əsasən isə hotellərdə orta doluluq 12,5  % azalma ilə hətta 49,9 %-ə düşüb. 

Turistlər İstanbul və Ankaraya getmir 

İstirahət bölgələri ilə müqayisədə şəhər hotellərində gedənlər daha çox azalıb.Türkiyə Hotelçilər Birliyinin rəhbəri Timur Bayındır fins.az-a bildirib ki, böhran İstanbul hotellərinə daha çox təsir edib. Belə ki, İstanbul hotellərində doluluq ötən illə müqayisədə 20 % azalıb. Nəticədə İstanbulda hotel qiymətləri xeyli ucuzlaşıb. 

Avropada ən çox ucuzlaşan şəhər hotelləri - 48 avro 

 Avropada şəhərləri arasında ən çox azalma İstanbulda müşahidə edilir. Məsələn, ötən il İstanbulda bir nəfər üçün ortalama  qiymət 140 avro idisə, bu ilin ilk rübündə qiymətlər 92,2 avroya qədər ucuzlaşıb. Onun sözlərinə görə, hazırda Avropa hotellərində orta  günlük qiymət 108  avrodur.  T.Bayındır bildirib ki,  şəhər hotelləri  turizm bölgələrindəki hotellərə nisbətən daha bahadır: “Bu bütün dünyada belədir. Şəhər hotellərinin  maliyyə xərcləri daha yüksəkdir. Bu hotellərdə xidmət göstərənlər daha çox ixtisaslaşıb və ona görə də əmək haqqı da yüksəkdir. Amma son dövrdə turizm zonaları ilə şəhər hotelləri arasında qiymət fərqi xeyli azalıb”. 

Eləcə də bax: Qəbələdən İstanbula uçuşlar 2 dəfə ucuzlaşdı

Ankara hotelləri 9,6 % ucuzlaşıb 

İstanbulla yanaşı, paytaxt Ankaraya gələn turistlərin də sayı azalıb. Timur Bayındırın sözlərinə görə, Ankaradakı hotellərdə doluluq mart ayında 17,2 % azalıb: “Nömrə sifariş edənlərin xeyli azalması təbii ki, qiymətlərə də öz təsiri göstərib. Məsələn, ötən il  Ankarada hotellərində bir nömrənin ortalama qiyməti 82 avro idisə, indi bu nömrə 78 avro qədər ucuzlaşıb”. 

Antaliyada  hotelləri cəmi 1 avro ucuzlaşıb

T.Bayındırın sözlərinə görə, turizm bölgələrində qiymətlərdə o qədər də fərq yaranmayıb. Belə ki, mart ayının nəticələrinə görə, Antaliya hotellərinə uz tutanlar cəmi 6,5 % azalaraq 47,7%-ə  təşkil edib. Hotellərin orta qiymətləri də buna uyğun olaraq cəmi 1 avro ucuzlaşıb. Məsələn, əvvəl orta qiymət 61,3 avr o idisə, indi bu rəqəm 60,3 avrodur. Amma buna baxmayaraq Antaliya hotellərinin gəlirləri şəhər hotelləri müqayisədə daha az olub. Bu hotellərin gəlirləri bir otaq üzrə 7,9 % azalaraq 28,8 avro təşkil edib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır