Əcnəbilər Azərbaycanda viza ala biləcəklər
07 MAY 2016
420

Əcnəbilər Azərbaycanda viza ala biləcəklər

Azərbaycan Nazirlər Kabineti "Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında" qərarına dəyişikliklər edib.

Fins.az-ın məlumatına görə, dəyişikliklərə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib və Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır