Türkiyə turizmi 9 milyard dollar itirə bilər
10 MAY 2016
206

Türkiyə turizmi 9 milyard dollar itirə bilər

Rusiya və Avropa bazarlarında əhəmiyyətli miqdarda turist itirməyə davam edən Türkiyə turizminin ehtimal olunan gəlir itkisi da böyüyür.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, Turizmdatabank tərəfindən verilən proqnozlara görə, Türkiyə turizmi, pessimist ssenaridə 2016-cı ildə 7,6 milyon turist itirəcək. Ölkənin ehtimal olunan gəlir itkisi də 9 milyard dollar ola bilər.

Digər tərəfdən, ən nikbin ssenariyə görə isə, Türkiyənin 2016-ci ildə itkisi 4-5 milyon səviyyəsində turist və 5-6 milyard görəndə turizm gəliri olacaq.

Digər tərəfdən, Türkiyəyə ilin ilk rübündə gələn əcnəbi ziyarətçilərin sayı 10,3% azalaraq 4 milyon 530 mindən 4 milyon 63 minə enib.

Türkiyənin turizm gəliri 2016-nın ilk rübündə 16,5% azalaraq 4 milyard 66 milyon 384 min dollara düşüb.

Üç aylıq dövrdə Rusiyadan gələn turist sayı 56% azalaraq 150 mindən 66 minə düşüb.

Bu dövrdə Almaniyadan gələn turist sayı da 11,7 faiz azalaraq 548 mindən 483 minə enib.

Türkiyə turizmdə 2016 ssenariləri

 

Turist sayında azalma, milyon nəfər

Gəlirdə azalma, milyard dollar

Ən yaxşı ssenari

-4.2

-4,9

Nikbin ssenari

-5.3

-6,2

Bədbin ssenari

-6.5

-7,6

Ən pis ssenari

-7.6

-8,9

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır