Şarm Əl-Şeyxə uçuşlar nə vaxt bərpa olunacaq?- AÇIQLAMA
11 MAY 2016
307

Şarm Əl-Şeyxə uçuşlar nə vaxt bərpa olunacaq?- AÇIQLAMA

Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi barədə qərar mayın 19-dək qəbul ediləcək. Fins.az-ın məlumatına görə, bunu  Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh azərtac-a açıqlamasında deyib. Onun sözlərinə görə, mayın 15-də Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının və turizm şirkətlərinin nümayəndələri Bakıya işgüzar səfərə gələcək. 4 gün davam edəcək səfər çərçivəsində hər iki ölkənin turizminin inkişafına dair görüşlər keçiriləcək və Şarm Əl-Şeyx şəhərinə birbaşa aviareysin açılması barədə rəsmən elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır