Bakıdan Misirə aviareysin qiyməti açıqlandı
16 MAY 2016
488

Bakıdan Misirə aviareysin qiyməti açıqlandı

Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından bu ölkənin Turizm Nazirliyi və turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər. Bu gün onlar azərbaycanlı turistlərə yeni və yüksəkkeyfiyyətli cəlbedici turizm paketləri təklif etməyə hazırdırlar.

Xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Misir Ərəb Respublikasının rəsmi nümayəndələri bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında deyiblər.

Eləcə də bax: Yeni aviareys açılır

“2011-2013-cü illərdə Misirə səfər edən azərbaycanlı turistlərin sayında müəyyən azalmadan sonra azərbaycanlılar arasında Misir kurortlarının populyarlığı yenidən artmışdı.

Belə ki, son iki il ərzində Misiri minlərlə azərbaycanlı ziyarət edib. 

Dekabr, yanvar, mart səyahət üçün daha populyar aylar hesab olunur”.

Nümayəndələrin verdiyi məlumata görə, Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır.

“Kurortlara səfər etmək də çətin deyil - ən yaxın zamanda Bakıdan birbaşa təyyarə reysinin açılması planlaşdırılır.

Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 dollar təşkil edəcək”.

Qeyd edək ki, bu gün təşkil edilən mətbuat konfransında Misir Ərəb Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri xanım Süzan Muhammad Hamil də iştirak edir. Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi barədə qərar mayın 19-dək qəbul ediləcək.

Mənbə: Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır