Bakıdan Misirin daha bir turist şəhərinə reys olacaq
16 MAY 2016
671

Bakıdan Misirin daha bir turist şəhərinə reys olacaq

"Misirin hava yolları təhlükəsizdir, çünki biz bütün beynəlxalq təhlükəsizlik norma və prosedurlarına tam əməl edirik".

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu "Air Cairo" aviaşirkətinin kommersiya direktoru Fathy Attia bildirib.

Eləcə də bax: Hotel nömrələrindəki - ƏN ÇİRKLİ 7 ƏŞYA

Bakıdan Şarm-əl-Şeyxə birbaşa aviareysin açılmasını xatırladan kommersiya direktoru qeyd edib ki, bazarın tələblərinə uyğun olaraq gələcəkdə Misirin başqa regionlarına aviareyslərin açılması da nəzərdə tutulub: "Əlbəttə ki, bazarın tələblərinə uyğun olaraq uçuşların sayını artıracağıq. Bazar şərtləri Şarm-əl-Şeyxə yerinə yetirilən uçuşların sayının artırılmasını, habelə Qahirə, Hurqada kimi şəhərlərə uçuşların həyata keçirilməsini tələb edərsə, biz bunu dərhal edəcəyik. Şarm-əl-Şeyxdən sonra məşhur turistik məkan Hurqadaya aviareys açıla bilər. Biz iki ölkəni bir-birinə bağlamaq üçün burdayıq. "SilkWay Travel" "Air Cairo" şirkətini Azərbaycanda təmsil edir. Onlar bizə burdakı tələblər barədə məlumat verəcək və biz də dərhal tələb olunanı edəcəyik".

Eləcə də bax: Bakıdan Misirə aviareysin qiyməti açıqlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır