Bakıdan Ukraynaya yeni reys açılır
19 MAY 2016
1027

Bakıdan Ukraynaya yeni reys açılır

“Ukrayna Hava Yolları” Bakıdan yeni uçuşlara başlayır. Şirkətin Bakı ofisindən fins.az-a verilən məlumata görə, iyun ayının 16-dan etibarən Bakı-Odessa- Bakı marşurutu üzrə yeni reys açılır. Bu reyslə hər həftənin çərşənbə günləri Odessadan Bakıya, cümə axşamı günləri isə Bakıda Odessaya uçmaq mümkün olacaq. Artıq iyun ayının 16-da ilk uçuş üçün yerlər dolub. Odessaya uçmaq istəyənlər növbəti həftə, yəni iyun ayının 23-üçün bilet sifariş edə bilərlər. Bu reys üzrə bir istiqamət üzrə biletlər 176 manatdan başlayır. Gediş-dönüş bileti sifarişi isə 260 manatdır. Bu qiymətə yalnız 7 kiloqramlıq əl yükü daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır