Bakıdan yeni aviareys açılır
26 MAY 2016
672

Bakıdan yeni aviareys açılır

Çinin “China Southern Airlines” (Cənubi Çin Hava Yolları) aviaşirkəti müntəzəm Bakı-Urumçi-Quançjou aviareysi açır.

“China Southern Airlines”in Bakı nümayəndəliyindən bildiriblər ki, Bakı-Urumçi-Quançjou aviareysi iyulun 3-dən işə salınacaq.

Uçuşlar “Boeing 737-800” təyyarələrində həftənin çərşənbə və bazar günləri həyata keçiriləcək.

Bakıdan uçuş vaxtı - 23:05, Urumçiyə gəlmə vaxtı - 07:00 (yerli vaxtla), Urumçidən uçuş - 09:40, Quançjouya gəlmə - 14:35¸Quançjoudan uçuş - 12:50, Urumçiyə gəlmə - 18:10, Urumçidən uçuş - 20:10, Bakıya gəlmə - 21:05 nəzərdə tutulub.

Aviaşirkətin Bakı nümayəndəliyində hesab edirlər ki, Bakı-Urumçi-Quançjou reysinin açılması sayəsində sərnişinlər uçuş vaxtına qənaət edə biləcəklər. Bu aviareys Azərbaycan ilə Çin arasında qarşılıqlı ticari-iqtisadi fəaliyyətin inkişafına kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır