Bakıdan Rusiyaya daha bir reys bərpa edilib
06 İYUN 2016
212

Bakıdan Rusiyaya daha bir reys bərpa edilib

May ayının sonundan "NordStar" aviaşirkəti Krasnoyarsk-Bakı aviareysini bərpa edib. Fins.az APA-ya istinadən xəbər verir ki, marşrut üzrə uçuşlar hər həftənin bazar ertəsi həyata keçiriləcək. Uçuşlar "NordStar" və "Azərbaycan Hava Yolları" QSC (AZAL) arasında əldə olunmuş "kod-şerinq" razılaşması əsasında baş tutacaq. 

Şirkətdən bildirilib ki, Krasnoyarskdan Bakıya həyata keçirilən ilk reysə olduqca böyük maraq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır