Xaricilərin Azərbaycana gəlməsi asanlaşdı
06 İYUN 2016
239

Xaricilərin Azərbaycana gəlməsi asanlaşdı

Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza alması ilə bağlı yeni prosedur qüvvəyə bu gündən minib

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsi barədə qərarında əksini tapıb. 

Ərizə-anketdə pasportda olduğu kimi soyad, ad, cins, doğum tarixi (gün, ay, il), doğum yeri (şəhər, ölkə), vətəndaşlıq barədə məlumat əksini tapmalıdır. 

Şəxsin vətəndaşlığının dəyişib-dəyişməməsi barədə məlumatı (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığı göstərməlidir) da ərizə-anketdə göstərməlidir. Ərizə-anketdə pasportun seriyası, Azərbaycan Respublikasında qalma müddəti (gün), səfərin məqsədi, ərizə-anketi qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) tam adı, ünvanı və telefon nömrəsi də əksini tapmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır