Rusiyanın ən ucuz aviaşirkəti Azərbaycana uça bilər
09 İYUN 2016
236

Rusiyanın ən ucuz aviaşirkəti Azərbaycana uça bilər

Rusiyaya məxsus "Pobeda" aşağı büdcəli aviaşirkət Bakıya uçuşlar həyata keçirə bilər. 

Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib: "Bu, ötən il fəaliyyətə başlayan olduqca uğurlu aviaşirkətdir".

"Təkcə bir il ərzində aviaşirkət vasitəsilə 3 mln. insan səfərlərini həyata keçirib. İndi şirkət xarici ölkələr də daxil olmaqla, uçuş istiqamətlərini genişləndirməyi planlaşdırır. Ona görə düşünürəm ki, Bakıya uçuşların təşkilini perspektivli istiqamət kimi nəzərdən keçirmək olar", - deyə M.Sokolov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır