Rusiya aeroportunda Azərbaycanlıların əl baqajlarına- QADAĞA
10 İYUN 2016
446

Rusiya aeroportunda Azərbaycanlıların əl baqajlarına- QADAĞA

Rusiya aeroportunda azərbaycanlılardan əl baqajı götürülüb. Fins.az-ın ans press-ə istinadən məlumatına görə, hadisə "Tolmaçevo" aeroportunda qeydə alınıb.

"Rosselxoznadzor"un (baytarlıq və fitosanitar nəzarət federal xidməti) Novosibirsk üzrə şöbəsinin verdiyi məlumata görə, ilin əvvəlindən nazirliyin müfəttişləri cəmi 275 kq yeyinti məhsullarının Rusiya Federasiyasının baytarlıq qanunvericiliyinin tələblərinə cavab vermədiyi üçün saxlayıb.

İdarənin məlumatına görə, daha çox ərzaq qonşu ölkələrin vətəndaşlarından götürülüb. Bunlar Azərbaycan, Özbəkistan və Tacikistan vətəndaşlarıdır. Onlar əl baqajında Novosibirskə sənədi olmayan ət, bal və süd məhsulları aparmaq istəyiblər.

Ümumiyyətlə, Rusiya fitosanitar sertifikatı olmayan məhsulların ölkəyə idxalına icazə vermir. Həmin qaydaya əməl edilmədikdə gətirilən mallar yandırılır, onu gətirən sərnişinlər isə hətta bəzi hallarda məsuliyyətə belə cəlb olunurlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır