AZAL-ın təyyarəsi məcburi eniş edib - YENİLƏNİB
11 İYUN 2016
645

AZAL-ın təyyarəsi məcburi eniş edib - YENİLƏNİB

Bakı-Dubay marşrutu (aviareys J2011) ilə uçuş həyata keçirən və BƏƏ-nin Şarja hava limanında məcburi eniş edən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus “Airbus-320-200” təyyarəsinin sərnişinləri yaxın dəqiqələrdə avtobuslarla Dubaya yola salınacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər ki, AZAL-ın təyyərəsinin Şarja hava limanında məcburi eniş etməsinin səbəbi həmin vaxt Dubay aeroportunun dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar bütün aviareyslər üçün bağlanılması olub.


İki aeroport arasında məsafə təxminən 25 km-dir. "Təyyarə və sərnişinlərlə bağlı heç bir problem yoxdur. Yaxın dəqiqələrdə bütün sərnişinlər xüsusi ayrılmış avtobuslarla Dubaya yola salınacaq", - deyə aeroportdan bildirilib.
Qeyd edək ki, Bakıdan saat 09:06-da havaya qalxan "A-320" təyyarəsi yerli vaxtla 11:55-də Dubay Beynəlxalq Hava Limanına enməli idi. Lakin rəsmi tədbirlə əlaqədar Dubay Beynəlxalq Hava Limanı bağlandığı üçün təyyarə havada 20-30 dəqiqə dövrə vurduqdan sonra Şarja Beynəlxaq Hava Limanına enməli olub.

***

Artıq Bakı-Dubay aviareysini yerinə yetirən "A-320" təyyarəsi Şarja Beynəlxaq Hava Limanından Dubaya yola salınıb. Qeyd edək ki, ilk öncə sərnişinlərin Şarjadan Dubaya avtobuslarla nəql edilməsi planlaşdırılırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır