Miqrasiya cərimələrini ödəmək asanlaşacaq
14 İYUN 2016
105

Miqrasiya cərimələrini ödəmək asanlaşacaq

Azərbaycanda miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cərimələrin ödənilməsi mexanizmi təkmilləşdirilib.     

Fins.az-ın APA-ya istinadən məlumatına görə, yenilik cərimələrin sərhəd-keçid məntəqələrində elektron qaydada ödənilməsi ilə bağlıdır. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bundan sonra Azərbaycanın istənilən sərhəd-keçid məntəqəsində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cəriməni elektron qaydada ödəmək mümkün olacaq. 

Qeyd edək ki, bu yay Azərbaycanda “ASAN Viza” sistemi işə salınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır