Fransa səfirliyi turistlərə müraciət etdi – AÇIQLAMA
16 İYUN 2016
375

Fransa səfirliyi turistlərə müraciət etdi – AÇIQLAMA

Fransa səfirliyi bu ölkəyə səyahət etmək istəyən azərbaycanlılara xəbərdarlıq edib. Səfirlikdən fins.az-a verilən məlumata görə, xəbərdarlıqda bu ölkədə turistlərin təhlükəsizliyi üçün görülən tədbirlər açıqlanıb, eləcə də mənfi hallarla rastlaşmamaq üçün onlardan tələb olunacaq məsələlər dəqiqləşdirilib.

Səfirlıiyin məlumatına görə, bu məlumatlar Fransada təhlükəsizliklə bağlı ən tez-tez verilən suallar əsasında hazırlanıb. Fransaya turist yollayan turizm şirkətləri bu məlumatlardan istifadə edərək öz müştərilərinə Fransada yerli xalq və əcnəbi qonaqların təhlükəsizliyi üçün qəbul olunmuş qaydalar haqqında məlumat verərək, onların suallarını cavablandıra bilərlər. Ötən il baş vermiş hadisələrə baxmayaraq, (EVE sorğusuna əsasən) 85 milyon ziyarətçi göstəricisi ilə Fransa dünyanın ən məhşur turizm istiqamətlərindən biri olaraq qalır. Bütün yay dövrü üçün Fransa hökuməti turistlərin qəbulu və onların təhlükəsizliyinin təmini istiqamətində fəaliyyətini davam etdirəcək. Bu dövr (“Avro-2016” və “Tur de Frans” daxil olmaqla) bir çox mədəniyyət və idman tədbirləri ilə zəngindir.

Ümumi təhlükəsizlik tədbirləri: 

Turistlərin təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülüb?

Təhlükəsizlik hökumət orqanları və peşəkar turizmlə məşğul olanlar üçün prioritetdədir

- Fövqəladə hal Fransa Respublikasının Prezidenti tərəfindən Fransa xalqının təhlükəsizliyini təmin etmək üçün elan edilən tədbirdir. Fövqəladə hal müvəqqəti olaraq iri həcimli təhlükəsizlik əməliyyatları və polisə əlavə səlahiyyətlərin verilməsi deməkdir.

- Bütün ölkə ərazisində Polis və Jandarmeriya səfərbərliyi elan olunur.

- İctimai nəqliyyatda və ictimai yerlərdə (turistik ərazilər də daxil) yoxlamaların və bu işə məsul işçilərin sayı artırılır. (Adi mərhələdən fərqli olaraq Paris ərazisində təhlükəsizlik heyətin 3 dəfə artırılması).

- Son olaraq turizm sektorunun bütün nümayəndələri əcnəbi qonaqların təhlükəsizliyini təmin etmək məqəsədi üçün mühafizə sahəsi üzrə əlavə işçi heyətinin səfərbərliyini elan edir. 

Səyahət qrupları üçün hər hansı bir xüsusi təlimat var?

Xeyir. Səyahət qrupları üçün hər hansı bir xüsusi təlimat yoxdur. Buna baxmayaraq qruplar dövlət orqanları tərəfindən verilən ümumi təlimatlara riayət etməlidirlər.

Fransa ərazisinə DAXİL OLMA və ərazi daxilində səyahət 

Fransa ərazisinə daxil olmaq və daha sonra ərazi daxilində səyahət etmək üçün hansı identifikasiya tələb olunur?

Avropa İttifaqının (Aİ) vətəndaşları daxil olmaqla bütün əcnəbi qonaqların şəxsiyyət vəsiqəsi (və ya pasportu) olmalıdır. Polis ziyarətçidən istənilən vaxt onun şəxsiyyət vəsiqəsini tələb etmə hüququna malikdir. (Ziyarətçi ölkə ərazisinə daxil olanda və ya ölkə ərazisini tərk edəndə).

Təhlükəsizlik qaydalarının bu formada artırılması beynəlxalq istiqamətlərdə hava limanları və dəmiryol vağzallarında gözləmə vaxtında cüzi qədər artır (Thalys, Eurostar və s.) 

Son aylarda Fransaya daxil olmaq üçün öncədən viza almalı olan qeyri-Aİ vətəndaşları üçün vizanın verilmə qaydaları dəyişib?

Vizanın verilmə qaydaları dəyişməyib. Müəyyən ölkələrdə vizanın verilmə müddəti hətta qısaldılıb. Vizanın etibarlılıq müddətində də heç bir dəyişiklik yoxdur. 

Nəqliyyat 

İctimai nəqliyyatda nə kimi təhlükəsizlik tədbirləri həyata keçirilib?

Uçuşlar və beynəlxalq dəmiryolu daşımalarında yoxlamalar gücləndirilib. Son aylarda işçi heyətinin sayının artması sayəsində gözləmə vaxtı ortalama dəyişməz qalıb. Ümumi planda ictimai nəqliyyatda əlavə yoxlama və nəzarət tədbirləri həyata keçirilir. Polisə şəxsin özünü və ya onun baqajını yoxlamaq səlahiyyəti verilib. 

Otellər və restoranlar 

Fransa otellərində nə kimi təhlükəsizlik tədbirləri həyata keçirilib?

Fransa qanunvericiliyinə uyğun olaraq, Fransa otelləri bütün əcnəbi qonaqlardan fərdi polis ərizə-formasını doldurmağı tələb edir. Bundan əlavə hər bir müəssisə əlavə təhlükəsizlik tədbirləri həyata keçirmək hüququna malikdir. 

Restoran, bar və klublarda nə kimi təhlükəsizlik tədbirləri həyata keçirilib?

Restoran, bar və klublar açıqdır və adi qaydada fəaliyyət göstərirlər. Bundan əlavə öz müştərilərinin təhlükəsizliyini təmin etmək üçün hər bir müəssisə əlavə təhlükəsizlik tədbirləri həyata keçirmək hüququna malikdir. (çantaların yoxlanılması, şəxs üzərində yoxlama-axtarış və s.) 

Turistik ərazilər, mağaza və ticarət mərkəzləri

Muzey və digər turistik ərazilərdə nə kimi təhlükəsizlik sistemləri var?

Paris, İl-de-Frans və Fransa dövlət mədəniyyət ocaqları ümumilikdə öz təhlükəsizlik tədbirlərini artırıblar. (Yoxlamalar, şəxs üzərində yoxlama-axtarış, iri həcimli çanta və ya baqaj sahiblərinə giriş qadağan edilir və s.) Zəruriyyət yarandığı halda, ictimai təhlükəsizliyin təmin olunması məqsədi ilə hökumət bu və ya digər müəssisəyə giriş-çıxış üçün xüsusi tədbirlər həyata keçirə bilər.

Mağaza və ticarət mərkəzlərində nə kimi təhlükəsizlik sistemləri var?

Bir qayda olaraq mağaza və ticarət mərkəzləri öz təhlükəsizlik tədbirlərini artırıblar (Yoxlamalar, şəxs üzərində yoxlama-axtarış, iri həcimli çanta və ya baqaj sahiblərinə giriş qadağan edilir və s.)

TƏDBİRLƏR, YARMARKALAR və SƏRGİLƏR

Kütləvi tədbirlərin keçirilməsi istiqamətində konkret təhlükəsizlik addımları atılıb?

İctimai yerlərdə tədbirlərin keçirilməsi qanunauyğundur. Xüsusi təhlükəsizlik sistemləri həmin ərazilərdə yerləşir ki, onlar da öz növbələrində gündəlik gedişata nəzarət edirlər. 

Müxtəlif konfrans, konqress və sərgilərin keçirilmə təqvimində dəyişiklik var?

Son aylar ərzində müxtəlif konfrans, konqress və sərgilərin təşkilatçıları və ərazi menecerləri (rəhbərləri) baş tutacaq müxtəlif tədbir, yarmarka və sərgilərin təhlükəsizliyini artırmaq üçün hökumət nümayəndələri ilə birgə çalışıblar.  Bu kimi tədbirlərin keçirilmə təqvimi dəyişməyib. 

Avro 2016 üçün xüsusi təhlükəsizlik tədbirləri 

Hansı şəhərlər hansı tarixlərdə bu tədbirə ev sahibliyi edəcəklər?

Tədbirə ev sahibliyi edəcək şəhərlər: Bordo, Lans, Lil, Lion, Marsel, Nis, Paris, Sent-Etyen və Tuluza. Yarışmalar (oyunlar) cari ilin iyunun 10-dan, iyulun 10-a qədər davam edəcək. 

Avro 2016 azarkeşlərinin (qonaqlarının) təhlükəsizliyinin təmin olunması istiqamətində nə

kimi tədbirləri həyata keçirilib?

Avro 2016 zamanı stadionlar ətrafı və ictimai nəqliyyatda optimal təhlükəsizliyin təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Yarışma dövrü üçün oyunlarda iştirak edən hər bir ölkənin polis dəstələri (kontinqenti) Fransada olacaq.

- Avro 2016 üçün Fransa Daxili İşlər Nazirliyi yarışmada təmsil olunan hər bir ölkənin polis dəstələrini (nümayəndələrini) Fransaya dəvət edib.

- Fransa polisinin dəstəyi ilə onlar öz milli komandalarının azarkeşlərini müşayət edəcəklər.

- Öz formalarında əcnəbi polis əməkdaşları stadion və ətraf əraziləri patrul edəcəklər. Bundan əlavə yerli tələblərdən asılı olaraq, onlar azarkeş zonalarını, hava limanı və vağzalları da patrul edə bilərlər.

- Əcnəbi polis əməkdaşları oyunlara ev sahibliyi edən şəhərlərdə azarkeşlərin idarə olunmasına kömək edəcəklər.

- Əcnəbi polis əməkdaşları öz azarkeşləri ilə ana dillərində rahat ünsiyyət quraraq, onları rahat idarə edəcəklər.

- Əcnəbi polis əməkdaşları yerli hökumət nümayəndələrinə təhlükə yarada biləcək azarkeşlər haqqında məlumat verəcək və onların identifikasiya olunmasında kömək edəcəklər.

Video nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində xüsusi addımlar atılıb. Ümumilikdə 3400 çevik polis və jandarma əməkdaşları stadion və azarkeş zonalarında təhlükəsizliyi təmin etmək üçün cəlb olunacaq. Bundan əlavə 5200 mülki təhlükəsizlik əməkdaşlarına dəstək məqsədi ilə 72000 polis və jandarma əməkdaşı səfərbər olacaq. “Gözətçi” xüsusi əməliyyat qrupunun 10000 əsgəri də hazır vəziyyətdə gətiriləcək.

 Əcnəbi polis əməkdaşlarını xüsusi nömrələrə zəng vurmaqla çağırmaq mümkündür?

Xeyir. Əcnəbi polis əməkdaşları üçün xüsusi nömrələr nəzərdə tutulmayıb. Bütün zənglər 17 və ya 112 nömrələrinə edilməlidir.

Buna baxmayaraq Fransa polisi öz əcnəbi həmkarlarından zəruriyyət yaranan an kömək və dəstək istəyə bilərlər. Bütün əcnəbi polis əməkdaşları vahid qərargahda -  “Beynəlxalq Polis Əməldaşlığı Mərkəzi”ndə toplanacaqlar. 

Avro 2016-ya aid xüsusi təcili polis xidməti var?

Xeyir. Belə bir xidmət yoxdur. Lakin Fransa hər il milyonlarla əcnəbi tursit qəbul edir. Xüsusi operatorlardan əcnəbi dillərdə daxil olan zəngləri qəbul etmək üçün istifadə olunacaq. 

Hava limanlarında azarkeşlər üçün xüsusi bir sıra (növbə) sistemi tətbiq olunacaq?

Xeyir. Xüsusi bir sıra (növbə) sistemi olmayacaq. Hava limanlarında azarkeşlər digər sərnişinlər kimi adi sırada duracaq, standart prosedurlardan keçəcəklər. Bir qayda olaraq Fransa il ərzində milyonlarla turistləri qəbul edir və bu baxımdan azarkeş qruplarının idarə olunmasında heç bir problem yaranmayacaq. 

Azarkeş zonaları 

Azarkeş zonaları olacaq?

Bəli. Azakeş zonaları olacaq. Zonalar optimal təhlükəsizliyin təmin olunması baxımından müəyyənləşdirilib. Zonalar yarışma zamanı əyləncə və şənlik ruhuna əks təsir göstərməməlidir.

Azarkeş zonalarına pulsuz girmək olar?

Bəli. Azarkeş zonaları hər bir kəs üçün açıqdır və ora giriş tam pulsuzdur. Təhlükəsizlik tədbirləri azarkeş zonalarının giriş və çıxışında həyata keçiriləcək. Tələblərdən asılı olaraq təhlükəsizlik tədbirləri də optimallaşdırılacaq. (Çanta və bağlamaların sistematik yoxlanılmasından başlayaraq, şəxs üzərində yoxlama-axtarış tədbirlərinə qədər). Həmin ərazidə video nəzarət də olacaq. 

Azarkeş zonaları ətrafında xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunacaq?

Bəli. Azarkeş zonasının daxilində və ətrafında yüksək təhlükəsizliyin təmin olunması məqsədi ilə xüsusi tədbirlər görüləcək. Zonaların hər girişində yoxlama məntəqəsi quraşdırılacaq və alkoqol qəbulu məhdudlaşdırılacaq. Fövqəladə resurslar da azarkeş zonasının tələblərinə (həcminə) uyğunlaşdırılacaq. 

Stadionlar

Stadionlarda xüsusi təhlüksəzilik tətbirləri olacaq?

Bəli. Təşkilatçılar tərəfindən yaradılmış təhlükəsizlik sistemi aidiyyatı hökumət qurumları ilə birgə, fövqəladə resursları nəzərə almaqla hazırlanıb və yüksək səviyyədə təhlükəsizliyə təminat verir. Hökumət stadionlardan kənarda da əlavə təhlükəsizlik resursları təqdim edəcək. 

Stadionların girişində insanlar hansı təhlükəsizlik baryerlərindən keçəcəklər (çantaların yoxlanılması, şəxs üzərində yoxlama-axtarış tədbirləri, skanerlər?)?

Girişdə insanların çantaları yoxlanılacaq, insanların özləri isə sistematik formada yoxlanacaqlar. İçəri girmədən əvvəl azarkeşlər öz çanta, baqaj və s. xüsusi sirmələrə qoya biləcəklər. Alkoqol qəbulu məhdudlaşdırılacaq. 

Stadiona girmək üçün biletimdəki ad və soyadıma uyğun identifikasiya sənədi təqdim etməliyəm?

Xeyir. İdentifiyasiya yoxlaması tətbiq olunmur. Stadiona girmək üçün tək biletiniz kifayətdir. Buna baxmayaraq təşkilatçı tərəfinin hər hansısa identifikasiya sənədi tələb etmək hüququ var. 

Stadiona girmək üçün nə qədər öncədən gəlməliyəm?

Stadionun qapıları matçın başlanmasına 3 saat qalmışdan açılır. Bu da tamaşaçıya stadionda təşkil olunmuş tədbirlərdən zövq almağa yetəri qədər vaxt verir. Əlavə olaraq stadionda azarkeş yürüşləri də keçiriləcək. Bunun çərçivəsində azarkeşlər stadiona giriş istiqamətində sonuncu kilometr boyu yürüşdən zövq ala bilərlər. 

Məşqçilər stadionun ətrafı daxil olmaqla ərazidə maşın saxlaya bilərlər?

Məşqçilərin maşın saxlamaları ilə bağlı heç bir xüsusi təlimat yoxdur. Bir neçə turistik məkan öz avtomobil dayancaqlarını ətrafdakı müddətli dayancaqlara köçürdüblər. Öz növbəsində həmin dayanacaqlar da aydın şəkildə işarələniblər.

Faydalı əlaqələr

Paris:

Paris Konvensiya və Ziyarətçilər Bürosu: http://en.parisinfo.com/ 

traveltrade@parisinfo.com - +33 1 49 52 42 68

Metro: http://www.ratp.fr/en/ratp/c_21879/visiting-paris/

Paris hava limanları: http://www.parisaeroport.fr/en/homepage  

Paris City Hall http://next.paris.fr/english 

Fransa:

Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi: http://www.diplomatie.gouv.fr/en/

Qatarlar: https://uk.voyages-sncf.com/en/#/

Fövqəladə hallar zamanı:

  •          Təcili yardım xidməti: 15
  •          Polis: 17
  •          Yanğın söndürmə briqadası: 18
  •          Avropa təcili kömək nömrəsi: 112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır