«Türk Hava Yolları» bu ölkəyə uçuşları ləğv edib
17 İYUN 2016
667

«Türk Hava Yolları» bu ölkəyə uçuşları ləğv edib

İtaliya Hava Yolları Nəzarətçilərinin bu gün edəcəyi tətil səbəbindən «Türkiyə Hava Yolları» (THY) İtaliyaya olan səfərlərini ləğv edib. İtaliya Hava Yolları Nəzarətçilərinin bu gün Türkiyə vaxtı ilə 13.00 ilə 17.00 arasında elan etdikləri tətil səbəbilə hava nəqliyyatında kəsilmələr müşahidə olunub. Bu gün Türkiyə saatıyla 11:45-də İstanbul Atatürk Hava limanından THY-nin həyata keçirməli olduğu TK 1895 nömrəli Milan reysi, TK1865 nömrəli Roma reysi və 12.45-dəki TK 1871 nömrəli Venesiya reysi ləğv olunub. Tətil başa çatdıqdan sonra THY İtaliyaya olan uçuşları yenidən bərpa edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır