"Formula 1"də 3 pilot yolu səhv salıb
17 İYUN 2016
1288

"Formula 1"də 3 pilot yolu səhv salıb

Formula 1 üzrə Avropa Qran-prisinin sərbəst yürüşündə maraqlı hadisə baş verib. 

Fins.az-ın "Report"a istinadən məlumatına görə, "Haas" komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.

Eləcə də bax: Bakıda “Formula-1” Avropa Qran-prisinə start verilir

16-cı döngədə sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb. Daha sonra pilot bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

"Renault"un pilotu Kevin Maqnussen də həmin döngədə eyni halı yaşayıb.

Analoji hadisə ilə eyni döngədə "Red Bull" komandasının pilotu Daniil Kvyat da üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mercedes"in pilotu Lyuis Hamiltona məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır