AZAL-dan İtaliyaya uçuşlarla bağlı - AÇIQLAMA
17 İYUN 2016
876

AZAL-dan İtaliyaya uçuşlarla bağlı - AÇIQLAMA

İtaliyada dispetçerlərin tətili ilə bağlı “Azərbaycan Hava Yolları”-nın (AZAL) uçuşlarında dəyişiklik olmayıb. Bu barədə fins.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

“AZAL Milan şəhərinə hər həftənin 2-ci və 5-ci günləri uçuşlar həyata keçirir. İtalyadakı tətillərə baxmayaraq, cədvəldə heç bir dəyişiklik edilməyib və bu gün - 17 iyun tarixində Milan-Bakı reysi vaxtında Milandan uçub. Təyyarə Bakı vaxtı ilə saat 16:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib”.

Xatırladaq ki, bu gün İtaliyadakı tətillərlə bağlı Türkiyədən bu ölkəyə uçuşlar təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır