Xaricə çıxışınıza qadağanı necə bilmək olar? - YENİ XİDMƏT
21 İYUN 2016
16396

Xaricə çıxışınıza qadağanı necə bilmək olar? - YENİ XİDMƏT

Bundan sonra Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər. Fins.az-ın məlumatına görə, bu Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

Eləcə də bax: Ölkədən çıxışa qadağa – QAYDALARI DƏYİŞİB

Yeni xidmət «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi» adlanır. Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.

Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün bu linkə daxil olmaq lazımdır:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır