AZAL daşıdığı turistlərin sayını - AÇIQLADI
24 İYUN 2016
264

AZAL daşıdığı turistlərin sayını - AÇIQLADI

İyunun 10-dan 22-dək Bakıda "Formula 1" Avropa Qran-Pri yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərmişdir. 

Gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olmuşdur. Həmçinin 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilmişdir. 

Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilmişdir. 

“Formula 1” yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olmuşdur. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlmişdir. 

Yarış müddətində Silk Way West Airlines, Cargolux və Nippon Cargo Airlines yük aviaşirkətləri bolid və digər “Formula 1” avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysiyerinə yetirmişdir. Yükdaşımalarının dövriyyəsi 1.6 milyon kiloqramdan artıq təşkil etmişdir. 

Xatırladaq ki, Bakıda ən nüfuzlu idman yarışlarının biri  - "Formula 1" Avropa Qran-Pri yarışı uğurla başa çatmışdır. Bu, beynəlxalq idman arenasında Azərbaycanın növbəti uğurudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır