“Atatürk” hava limanında zərərçəkənlər arasında azərbaycanlı var?
29 İYUN 2016
361

“Atatürk” hava limanında zərərçəkənlər arasında azərbaycanlı var?

İstanbulun “Atatürk” hava limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşları yoxdur.

Fins.az xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi “Atatürk” hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır