Bakı ilə İstanbul Atatürk aeroportu arasında hava əlaqəsi bərpa olunub
29 İYUN 2016
233

Bakı ilə İstanbul Atatürk aeroportu arasında hava əlaqəsi bərpa olunub

Bakı İstanbulla hava əlaqəsini bərpa edib. Fins.az-ın "Trend"-ə  istinadən məlumatına görə, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından məlumat verilib.

Hava limanından qeyd ediblər ki, AZAL artıq yerli vaxtla saat 08:45-də İstanbul aeroportuna uçuş həyata keçirib.

Qeyd edək ki, daha öncə İstanbul hava limanındakı son terror hadisəsi ilə əlaqədar Bakıdan İstanbula 2 reys təxirə salınmışdı.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır