Azərbaycanlılar İstanbula uçmaqdan çəkinməyə başlayıblar
29 İYUN 2016
542

Azərbaycanlılar İstanbula uçmaqdan çəkinməyə başlayıblar

İstanbulun Atatürk hava limanında baş verən terror hadisəsi Azərbaycan vəəndaşlarının İstanbula uçmaqdan çəkindirməyə başlayıb. Bu barədə fins.az-a yerli turizm şirkətlərindən bildirilib. 

«Turizm.Az» şirkətindən verilən məlumata görə, dünən hava limanında baş verən terror aktı artıq İstanbula turpaket almış müştərilərdə narahatlıq y          aradıb. Birbaşa İstanbula gedəcək olan şəxslər artıq şirkətlə əlaqə saxlayaraq tur-paketləri necə ləğv etmək barədə soruşmağa başlayıblar: «Müştərilər şirkətə zəng edərək, tur-paketləri hansı şərtlərlə mümkün olacağını, ləğv olunacağı təqdirdə onları hansı cərimələrin gözlədiyini soruşmağa başlayıblar»- şirkət rəhbəri bildirib. 

Birbaşa Antalya və Bodruma səfər edəcək müştərilərdə isə hər hansı bir müraciət qeydə alınmayıb.  Ama turizm şirkətlərində bununla bağlı niukbinlik azdır – bildirilir ki, xüsusilə sonuncu terror aktı  növbəti aylarda Türkiyəyə turpaketlərin satışını xeyli azaldacaq.

«Dərviş Travel» şirkətindən də fins.az-a bildirilib ki, Türkiyəyə üz tutacaq azərbaycanlıların sayında xeyli azalma gözlənilir.

«R&R Travel» şirkəti də məlum terror hadisələrinin turist sayını azaldacağını güman edir. Şirkətdən verilən məlumata görə artıq yeni müraciət edən müştərilər  Türkiyəyə İstanbuldan keçməklə deyil, birbaşa Bakı-Bodrum, Bakı-Antalya, Bakı-İzmir relsləri ilə uçmaq istəyirlər.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov fins.az-a bildirib ki, Türkiyədə Atatürk hava limanında, o cümlədən ölkədə baş verən ardıcıl terror aktları birbaşa İstanbula səfər edəcək turistlərin sayını azaldacaq. 

Ticarətçilər səyahətdən imtina etməyəcək

Bununla yanaşı, qeyd etmək lazımdır ki, İstanbula nəzərdə tutulan səfərlərin heç də hamısının təxirə salınacağı gözlənilmir. Çünki səyahət edənlərin hamısı turizm məqsədilə getmir.  M.Kərəmov bildirib ki, bura turistlərlə yanaşı, ticarətçilər, iş adamları və sair məqsədlə gedənlər var. Terror aktları bu təbəqənin işinə elə də ciddi təsir etmir: «Ola bilər ki hadisçədən bir neçə gün sonra gözləyib yenidən səyahətə getsinlər, çünki onlar işlərini həll edib, bizneslərini aparmalıdırlar».

İstanbuldan imtina edən turistlər hara gedəcək?

İstirahət məqsədilə gedənlərin sayında isə azalma hökmən olacaq. Turizm şirkətlərində bildirirlər ki, turizm istiqaməti kimi İstanbulun əsas rəqəbi Dubaydır: «Adətən səyahət üçün İstanbulu seçənlər Dubayın müştəriləri olur. Həm büdcə, həm maraqlar, həm də istiqamət baxımından İstanbulun rəqibi Dubay  sayılır». Amma yay aylarında Dubayda havalar çox isti olduğuna görə, İstanbuldan imtina edənlər daha çox Gürcüstanda, ya da Azərbaycanın daxilində istirahət etməyə üstünlük verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır