"Türk Hava Yolları" biletləri cəriməsiz geri qaytarır
29 İYUN 2016
334

"Türk Hava Yolları" biletləri cəriməsiz geri qaytarır

İyunun 28-də İstanbul Atatürk Hava limanında baş verən partlayışlardan sonra təxirə düşən reyslərin biletləri faizsiz geri qaytarılacaq.

“Türk Hava Yolları” şirkətindən fins.az-a verilən xəbərə görə, 28 iyun-5 iyul tarixləri üçün bu şirkətdən alınan birtərəfli və ikitərəfli biletlər iyulun 31-dək dəyişdiriləcək. Bu zaman sərnişinlərdən əlavə ödəniş və ya faiz tələb olunmayacaq.

Digər xidmətlərə isə əməlyyat endirimləri tətbiq ediləcək. Məsələn, rezarvasiya və marşrut dəyişdirilməsi, biletin qaytarılması, vaxtının uzadılması.

Heç istifadə edilməyən biletlər isə faizsiz geri qaytarılacaq. Sərnişinlər öz biletlərinin taıeyi ilə bağlı son durumu şirkətin internet səhifəsindənvə ya çağrı mərkəzindən ( 90 212 444 0 849 ) öyrənə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır