Bakıdan Ukraynaya yeni reys açıldı
30 İYUN 2016
441

Bakıdan Ukraynaya yeni reys açıldı

AZAL İyulun 21-dən başlayaraq Bakıdan Ukraynanın Lvov şəhərinə artıq həftədə iki dəfə birbaşa uçuşlara başlayır. Bu barədə fins.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, birbaşa reyslər əvvəlki kimi hər bazar günü ilə yanaşı artıq hər cümə axşamı da həyata keçiriləcək.

Bilet qiymətləri isə  tarixlərdən asılı olaraq dəyişir. Ən aşağı qiymət 236 manat təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır