AZAL biletləri pulsuz qaytarır - İLK DƏFƏ
30 İYUN 2016
744

AZAL biletləri pulsuz qaytarır - İLK DƏFƏ

İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə əlaqədar "Azərbaycan Hava Yolları" (AZAL) iyul ayının 5-ə qədər öncədən aviabilet əldə etmiş sərnişinlərinə həmin biletləri qaytarmaq və ya dəyişdirmək imkanı yaradıb. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə AZAL-dan məlumat verilib. 

"Sərnişinlərin rahatlığını düşünərək, “Azərbaycan Hava Yolları”nın 5 iyul 2016-cı il tarixinə qədər Türkiyə istiqamətindəki uçuşlarına öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istəkləri əsasında) həmin aviabiletləri 15 iyul 2016-cı il tarixinə kimi, istədikləri tarixlərə pulsuz dəyişdirə və ya bu aviabiletləri cəriməsiz qaytara bilərlər", - deyə məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır