Bakıda hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib
01 İYUL 2016
171

Bakıda hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

İstanbulun "Atatürk" Hava Limanında baş verən terror aktından sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib.

Fins.az xəbər verir ki, bu barədə hava limanında olan Modern.az əməkdaşının verdiyi məlumata verib. Bildirib ki, hava limanının girişində avtomobillər xüsusi təhlükəsizlik avadanlıqları və itlərlə yoxlanılır. Avtomobillər yalnız ciddi yoxlamadan sonra aeroport ərazisinə buraxılır.

Eyni zamanda artıq vətəndaşlar qonaqları qarşılamaq üçün hava limanı binasına buraxılmır. Ancaq binanın kənarında müəyyənləşdirilən xüsusi yerlərdə qonaqları gözləməyə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır