Azərbaycanda yeni beynəlxalq - AEROPORT TİKİLƏCƏK
02 İYUL 2016
1943

Azərbaycanda yeni beynəlxalq - AEROPORT TİKİLƏCƏK

2017-ci ildən etibarən Azərbaycanda daha bir aeroportun tikintisinə başlanacaq. Fins.az-ın məlumatına görə, söhbət Naftalandakı hazırda fəaliyyətsiz qalmış yerli aeroportun yenidən qurularaq beynəlxalq səviyyəli hava limanına çevrilməsindən gedir. Naftalan şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zöhrab Adıgözəlov fins.az-a bildirib ki, adı çəkilən aeroport 1994-cüı ilədək fəaliyyət göstərib. Həmin vaxt hava limanı Bakıdan Yak-40 təyyarələri ilə reysləri qəbul edirmiş.

Amma 1994-cı ildə hava limanına enmək üçün havada dövrə vuran təyyarə ermənilər tərəfindən atəşə tutulub. Pilotlar təyyarəni sağ-salamat yerə endirə bilsələr də, təhlükəsizlik səbəbindən buradan uçuşları dayandırmaq qərara alınıb. O vaxtdan indiyədək istifadəsiz qalan aeroport aviakassa kimi fəaliyyət göstərib – burada müxtəlif reyslərə biletlər satılıb.

İndi isə Naftalan şəhərinin yenidən qurulmasını nəzərdə tutan və Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Şəhərin inkişafı planında hava limanının yenidən qurularaq beynəlxalq aeroporta çevrilməsi planlaşdırılır. Turizm məqsədilə buradan beynəlxalq reyslərin açılması da nəzərdə tutulur. Təmir işlərinin 2017-ci ildən başlanması nəzərdə tutulub. Tikniti işlərinin nə vaxt başa çatacağı hələ dəqiqləşməyib.

Eləcə də bax: «AZAL» arzuolunmaz sərnişinlərin – SİYAHISINI AÇIQLADI

Eləcə də bax: Türkiyəyə 150 dollarlıq turlar başladı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır