AZAL-dan sərnişinlərə Ramazan jesti
05 İYUL 2016
951

AZAL-dan sərnişinlərə Ramazan jesti

AZAL Miles bonus proqramı çərçivəsində "Azərbaycan Hava Yolları"-nın (AZAL) reyslərində sərnişinlərə Ramazan bayramı müddətində (6 və 7 iyul) ikiqatsəyahət və status balları təqdim olunacaq. 

Bununla yanaşı, aşağıdakı istiqamətlər üzrə oktyabrın 15-dək olan uçuşlara biznes sinif aviabilet alan AZAL Miles proqramı iştirakçıları 50 faiz daha çox status və səyahət balları qazana biləcəklər:

  • Moskva
  • İstanbul
  • Kiyev
  • Minsk
  • Sankt-Peterburq
  • Milan
  • Paris
  • Pekin
  • Praqa
  • Dubay 

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat ilə buradan tanış olmaq olar:

Proqram iştirakçısı olmayan şəxslər buradan qeydiyyatdan keçə bilər:  

Bundan əlavə, Moskva, Kiyev, Minsk, Sankt-Peterburq, Paris və Milan kimi şəhərlərə sentyabrın 12-dən  dekabrın 10-dək olan uçuş tarixlərinə sentyabrın 15-dək  biznes sinif aviabilet alan sərnişinlər güzəşli tariflərdən yararlana bilərlər. 

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır