Bakıdan Rusiyaya yeni aviareys açılır
05 İYUL 2016
664

Bakıdan Rusiyaya yeni aviareys açılır

Rusiyanın Ulyanovsk şəhərindən Bakıya birbaşa aviareys açılacaq.

“Komsomolskaya pravda” qəzeti xəbər verir ki, uçuşlar iyulun 15-dən sentyabrın 30-dək yerinə yetiriləcək və həftədə bir dəfə olmaqla cümə günü baş tutacaq. Uçuşun müddəti isə 2 saat 45 dəqiqədir.

Qeyd edək ki, bu vaxta qədər Ulyanovsk sakinləri Bakıya Kazan-Bakı aviareysi ilə səfər edə bilirdilər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır