Dəniz kənarındakı otellərə vergi güzəştləri - YENİLİK
07 İYUL 2016
522

Dəniz kənarındakı otellərə vergi güzəştləri - YENİLİK

Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, xüsusi zonalar çimərlik turizminin inkişafı məqsədilə Xəzər akvatoriyasında yaradılacaq. Həmin zonalarda vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub.

Lakin S.Həsənova həmin zonalara hansı statusun veriləcəyini, onların məhz harada yerləşdiriləcəyini və turizm zonası dedikdə konkret nəyin nəzərdə tutulduğunu açıqlamayıb.

Hazırda azərbaycanlıların çoxu qonşu ölkələrdə dincəlməyə üstünlük verir. Bunun əsas səbəbi bahalıqdır.

Azərbaycanda istirahətin qiyməti Türkiyədə olduğundan bahadır. Odur ki, hər il milyondan çox Azərbaycan vətəndaşı dincəlməyə xaricə, ilk növbədə ən aşağı qiymətlərin və yaxşı şəraitin olduğu Gürcüstana gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır