“ASAN Viza" telefonla da veriləcək - AÇIQLAMA
11 İYUL 2016
296

“ASAN Viza" telefonla da veriləcək - AÇIQLAMA

“ASAN Viza”nın texniki şərtləri müəyyənləşib.Fins.az xəbər verir ki, bu barədə mə dəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Onun sözlərinə görə, vətəndaşlar 3 gün müddətində sərbəst şəkildə, telefon vasitəsilə vizaların əldə olunmasına nail olacaqlar.

“ASAN xidmət”lə əməkdaşlıq edirik. Turizm şirkətləri viza ilə məşğul ola biləcəklər. Paralel olaraq fərdi qaydada “ASAN Xidmət”dən üç gün müddətində bu vizaları əldə etmək mümkün olacaq. Proses gedir və düşünürəm ki, sentyabrın 1-dən bu iş başlanacaq".

Nazir bildirib ki, hazırda tək ərəb ölkələri deyil, Yaponiya, Çin, Koreya Respublikası, İndoneziya vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq olunur.

"Ona görə də əsas məqsəd bu ölkələrdə də marketinqi gücləndirməkdir. Biz beynəlxalq turizm sərgilərində mövcud imkanları tanıdırıq"-deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır