Ovçuluq turizmi üçün otel tikilir
15 İYUL 2016
189

Ovçuluq turizmi üçün otel tikilir

Şamaxı rayonunun Dəmirçi kəndində ovçuluq turizmi üçün şərait yaradılır.

Fins.az-ın məlumatına görə, Dəmirçi kənd ərazi nümayəndəsi Gəray Hüseynov bildirib ki, kəndin ərazisində yeni otelin tikintisinə başlanılıb. Bu oteldə ovçular üçün hər bir şərait yaradılacaq.

Həmçinin dağlara qalxaraq müəyyən heyvanların ovunu edəcək insanların hərəkəti üçün də yol çəkilir. Həm yerli, həm də xarici turistlər ov mövsümündə burada istirahətlərini istədikləri şəkildə təmin edə biləcəklər.

Qeyd edək ki, Dəmirçi kəndi Şamaxı rayonunun mərkəzindən 31 km uzaqlıqda yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır