Fransaya vizası olanlar səfəri təxirə salmayacaq – AÇIQLAMA
15 İYUL 2016
207

Fransaya vizası olanlar səfəri təxirə salmayacaq – AÇIQLAMA

Ötən gün Fransada baş verən növbəti ağır terror aktı bu ölkəyə səyahətə gedənlərin sayının növbəti dəfə azalmasına səbəb olacaq. Bu barədə fins.az-a «Regea Travel» turizm şirkətindən bildirilib. Xatırladaq ki, iyulun 14-də Fransanın Nitsa şəhərində qanlı terror hadisəsi baş verib – terrorçu ağır yük maşınını insan kütləsinin üzərinə sürməklə 80 nəfərin ölməsinə və yüzlərlə şəxsin yaralanmasına səbəb olub. Ölənlərin arasında xarici turistlər də var. 

«Regea Travel» şirkətidən bildirilib ki,  onsuz da bundan əvvəlki terror aktları nəticəsində Fransaya gedənlər azalmışdı: «Əgər əvvəllər Fransaya səyahət məqsədilə 30 nəfər gedirdisə, bundan sonra bu rəqəm 10 nəfərə qədər enəcək». 

Qeyd edək ki, əvvəlki terror aktları zamanı Fransaya aviareyslər ləğv olunduqdan sonra, insanlar bu ölkəyə İstanbuldan keçməklə səyahət edirdilər. Lakin İstanbuldakı terror aktları da səyahət edənlərin sayına öz təsirini göstərib. Həm də İstanbul üzərindən uçuş baha başa gəlirdi. Xüsususilə uşaqlı sərnişinlər, həmçinin vaxt itirmək istəməyən şəxslər Fransaya birbaşa uçmağa üstünlük verirlər. Fransaya səyahət edən şəxslər həmçinin Bakı-Barselona, Barselona-Paris, Paris-Nis xəttindən istifadə edirdilər.

Dünən baş vermiş terror aktı bundan sonra Fransaya uçuşları ən az 10-20% azaldacaq. Şirkətdən bildirilib ki, terror təzəcə baş verdiyindən hələ ki, tur-paketi ləğv etməklə bağlı müraciət olmayıb.

Bununla yanaşı, turizm sektorunun nümayəndələri bildirir ki, müştərilərin səyahətdən imtina etməsi bir sıra detallardan asılıdır. Belə ki, təcrübə göstərir ki, adətən səfirlikdən vizanı almaş şəxslər səyahəti təxirə salmırlar. Səyahəti təxirə salanlar adətən hələ viza almayanlar olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır