Oteldən açıqlama: "Nikah kağızı istəmirik"
19 İYUL 2016
529

Oteldən açıqlama: "Nikah kağızı istəmirik"

Son günlər sosial şəbəkələrdə və mediada Bakının bəzi yüksək kateqoriyalı mehmanxanalarında nikah şəhadətnaməsinin tələb olunduğu otellər sırasında “Sapphire” otellər qrupunun da adı çəkilir. Fins.az xəbər verir ki, şirkət açıqlama yayaraq bu fikirləri inkar edib:

“Sapphire” otellərində yerli vətəndaşların qalması faktları kifayət qədərdir və bu zaman onlardan nikah haqqında şəhadətnamə tələb edilmir. Xüsusi qeyd etmək istərdik ki, “Sapphire” otellər qrupu tam milli şirkətdir və sıravi işçidən rəhbər vəzifəli şəxslərədək burada çalışanların hamısı Azərbaycan Respublikasının vətəndaşıdır. Biz ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir, xalqımıza və dövlətimizə xidmət etməkdən qürur duyuruq".

Açıqlamada bildirilir ki, Bakıdakı “Sapphire” otelləri butik tipli – kiçik otellər kateqoriyasına aiddir və qrupun tərkibindəki 4 otelin hər birində nömrələrin sayı məhduddur.

“Sapphire” otellər qrupu ölkəmizdəki xarici şirkətlərlə, diplomatik nümayəndəliklərlə, həmçinin yerli dövlət orqanları ilə əməkdaşlıq edir. Nömrələrin internet üzərindən əvvəlcədən satışının və bron edilməsinin müasir sistemi tətbiq olunur. Belə ki, dünyada onlayn-turizmin liderlərindən olan www.expedia.comwww.booking.com vasitəsilə otellərimizdə əvvəlcədən yer sifariş etmək mümkündür".

Bundan başqa, Almaniya, İtaliya və Rusiyanın nüfuzlu turizm şirkətləri ilə bağlanmış müqavilələr də “Sapphire”in müştəri kontingentinin formalaşmasında mühüm rol oynayır.

"Biz, əsasən, korporativ müştərilərlə işləyirik. Otellərimizdə onların təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir. Məhz bu amil ictimai davranış qaydalarını pozmağa meyilli olan, qonaqların həyatına və istirahətinə ciddi təhlükə törədə biləcək təsadüfi şəxslərin oteldə yerləşdirilməsini mümkünsüz edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır