Türkiyəyə biletlərin qaytarılması vaxtı uzadıldı
21 İYUL 2016
226

Türkiyəyə biletlərin qaytarılması vaxtı uzadıldı

“Turkish Airlines” rusiyalı turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə “xususi şərtlər” müddətini iyulun 25-dək uzadıb. Aviaşirkət marşrutu, tarixi dəyişmək və ya biletı geri qaytarmaq məcburiyyətində olanlarla əməkdaşlıq edir. Bu haqqda Fins.Az şirkətə istinadən xəbər verir. "O sərnişinlər ki, 15 iyul 2016-cı ilədək Turkish Airlines şirkətindən bilet alanlar, reysləri  iyulun 15-dən 25-dək Türkiyəyə və yaxud (iç reysləri daxil olmaqla) aviabilet alanlar, tranzit reysləri ilə Türkiyədən keçənlər üçün biletlərin qüvvədə olma müddəti  2016-cı i avqustun 15-dək uzadılıb (tarifindən asıllı olmayaraq)". Biletlərin qaytarışı isə əlavə vəsaitsiz, heç bir cərimə tətbiq olunmadan həyata keçiriləcək.

Qeyd edək ki, “Xüsusi şərtlər” yalnız Turkish Airlines reyslərinə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır