Türkiyəyə uçuşlarda vəziyyət nə yerdədi?
21 İYUL 2016
259

Türkiyəyə uçuşlarda vəziyyət nə yerdədi?

Aviaşirkətlər Türkiyə istiqamətindəki uçuşları öncədən təsdiq olunmuş uçuş cədvəlinə əsasən müntəzəm olaraq həyata keçirir. Türkiyədə baş vermiş son hadisələrlə bağlı sərnişinlərin təhlükəsizliyi baxımından biletləri dəyişdirilməsi davam edir.

“Azərbaycan Hava Yolları” (AZAL) şirkətindən fins.az-a bildirdilər ki, əvvəlki günlərlə müqaisədə, aviaşirkətimizin İstanbul və Ankara istiqamətindəki uçuşlarında sərnişinlərin aviabiletləri qaytarması və ya uçuş tarixlərinin dəyişdirilməsinə rast gəlmək olur. “Lakin bele halların çox az olduğunu nəzərə alaraq xüsusi bir statistika aparmağı məqsədəuyğun saymadığımızdan dəqiq rəqəm söyləmək mümkün deyil”.

Türkiyənin kurortları istiqamətindəki uçuşlarda (Antalya, Bodrum, İzmir, Dalaman) aviabiletlərin qaytarılması və ya uçuş tarixlərinin dəyişdirilməsi halları, digər günlərlə müqaisədə dəyişməyib. Qeyd edək ki, AZAL sərnişinləri iyulun 15-dək alınan aviabiletlərin avqustun 15-dək digər tarixlərə pulsuz dəyişdirə və ya cəriməsiz qaytara bilərlər. biletlərin qaytarılması vaxtı uzadıldı “Türk Hava Yolları” şirkətində də biletlərin dəyişdirilməsi davam edir. Bu günədək nə qədər biletin dəyişdirilməsi isə açıqlanmır.

“15 iyul 2016-cı ilədək Turkish Airlines şirkətindən bilet alanlar, reysləri iyulun 15-dən 25-dək Türkiyəyə və yaxud (iç reysləri daxil olmaqla) aviabilet alanlar, tranzit reysləri ilə Türkiyədən keçənlər üçün biletlərin qüvvədə olma müddəti 2016-cı i avqustun 15-dək uzadılıb (tarifindən asıllı olmayaraq). Biletlərin qaytarılması əlavə vəsaitsiz, heç bir cərimə tətbiq olunmadan həyata keçiriləcək”.

“Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin müdiri Seyfullah İlyas “Report”a bildirib ki, şirkət uçuşları adi qaydada davam etdirəcək: “Dövlət başçımızın da qeyd etdiyi kimi, hazırda Türkiyədə sabitlik bərpa olunub və heç bir ciddi təhlükə olmadığı üçün Azərbaycandan Türkiyəyə olan reyslərimiz əvvəlki qrafikə uyğun həyata keçiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır