Afrikada Şengen modeli qurulur
25 İYUL 2016
182

Afrikada Şengen modeli qurulur

54 ölkədən ibarət Afrika Birliyi 13 ölkə arasında sərbəst hərəkət icazəsi verəcək “Afrika Pasportu”nun tətbiq edilməsinə icazə verib.

Fins.az Habertürk-ə istinadən xəbər verir ki, ilk dəfə 2015-ci ildə haqqında müzakirələrin başlandığı layihə, bu il Ruandada həyata keçirilən Afrika Zirvəsində təsdiq edilib.

Pilot olaraq Ruanda və Mavritaniya arasında başlayan “Afrika Pasport”u layihəsi sonrakı mərhələdə 13 ölkədə tətbiq ediləcək. Avropadakı Şengen modelinin mahiyyətini daşıyan bu layihənin 2063-cü ilə qədər 54 ölkədə də həyata keçirilməsi planlaşdırılır.

Afrika Birliyi bu sistemi quraraq qitə ərazisində ticarət və turizmin inkişaf etdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Avropada Şengen sistemi 26 ölkə arasında tətbiq edilir. Bunlardan 22-si Avropa Birliyinin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır