Truskavetsin meri Naftalan kurortuna qardaşlaşma təklif edib
25 İYUL 2016
176

Truskavetsin meri Naftalan kurortuna qardaşlaşma təklif edib

Ukraynanın Truskavets şəhərinin meri Andrey Kulçinski Azərbaycanın kurortları ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib.

“Düşünürəm ki, sanatoriyaların rəhbərləri, məsələn, Naftalan kurortunun rəhbəri ilə birbaşa tanış olmaq daha yaxşı olardı”, - deyə o,  müsahibəsində deyib.

Fins.az "İnterfaks"-a istinadən xəbər verir ki, Merin sözlərinə görə, Truskavets ilə Naftalan arasında qardaşlaşma ilə bağlı danışıqlar aparılıb.

“Hələ ki, biz belə saziş bağlamamışıq. Amma bu istiqamətdə danışıqlar aparmışıq. Bilirik ki, Naftalanda da müalicəxana var və belə əlaqələrin qurulması məntiqəuyğundur”, - deyə A.Kulçinski qeyd edib.

O hesab edir ki, Truskavetslə qardaşlaşmış şəhərlərin sayı nə qədər çox olarsa, bu, hər iki tərəf üçün faydalı olacaq.

“Hesab edirəm ki, bizim nə qədər çox qardaşlaşmış şəhərlərimiz olarsa, həm Truskavetsə, həm də qardaşlaşmış şəhərə bir o qədər yaxşı olacaq. Biz hər birimizdə yaxşı inkişaf etmiş istiqamətlərin mübadiləsini apara bilərik. Məsələn, əgər kurortun spesifikası uyğun gəlmirsə, biz Truskavetsdə insanlara Naftalana getməyi təklif edə bilərik”, - deyə mer vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır