"Türk Hava Yolları"-nda ciddi ixtisarlar
25 İYUL 2016
261

"Türk Hava Yolları"-nda ciddi ixtisarlar

Türk Hava Yolları”nın rəhbərliyi qurumun 211 əməkdaşının işdən kənarlaşdırılması barədə qərar qəbul edib.

Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, vəzifədən çıxarılanlar arasında THY baş direktorunun müavini Coşkun Kılıç, “AnadoluJet”i idarə edən İbrahim Doğan, 3 idarə rəhbəri, 2 idarə rəhbəri müavini, 15 pilot da var.  

THY rəhbərliyi onların bir qisminin işdə yol verdiyi nöqsanlar, faydalı iş əmsalının azlığı, bir hissəsinin isə “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) mənsub olduqları üçün işdən qovulduqlarını açıqlayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır