Kempinski Bakıdan gedir
29 İYUL 2016
1876

Kempinski Bakıdan gedir

“Kempinski Hotel Badamdar” otelinin adı dəyişdirilib.

Fins.az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə oteldən verilən xəbərə görə, Kempinski Şirkəti və “Kempinski Otel Badamdar”ın sahibkar şirkəti 31 iyul  2016-cı il tarixindən idarəçilik müqaviləsini bitirmək üzrə ikitərəfli razılıq veriblər:

“Otel fəaliyyətini “Badamdar Hotel Baku” adı ilə tam şəkildə davam edəcək”, - oteldən bildirilib.

Xatırladaq ki, “Kempinski Hotel Badamdar”ın açılışı 2011-ci ilin sentyabrın 1-də baş tutmuşdu. O Bakıda Kempinski beynəlxalq otellər şəbəkəsinin ilk Resort oteli idi.

 “Badamdar Hotel Baku” şəhər daxilində yerləşir və işgüzar və istirahət məqsədli turistlər və ailələr üçün yüksək səviyyəli imkanlar təklif edir.

Otelin imkanlarına ustalıqla hazırlanmış 280 otaq və lüks otaqlar, 38 tam təchiz olunmuş və xidmət göstərilən mənzil, 36 tam təchiz olunmuş ofis, 19 görüş otağı, Qəbələ ziyafət və Auditoriya zalları, iki restoran və iki bar, eləcə də 3500 kvadratmetr sahəsi ola bözük SPA ve fitness mərkəzi, qapalı və açıq hovuz, tennis kortu, basketbol meydançası, əyləncə mərkəzi və Akvapark daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır