Bakı - Şarm əl-Şeyx aviareysi bərpa olundu
01 AVQUST 2016
189

Bakı - Şarm əl-Şeyx aviareysi bərpa olundu

Müvəqqəti olaraq dayandırılan Bakı - Şarm əl-Şeyx aviareysləri artıq sentyabr ayında bərpa ediləcək.

Fins.az "Report"-a istinadən xəbər verir ki, avqustun 1-dən bərpa edilməsi nəzərdə tutulan bu istiqamət üzrə uçuşlar iyulun 4-dən sərnişin azlığı səbəbindən dayandırılıb.

“Air Cairo” aviaşirkəti (Misir) bu marşrut üzrə reysləri sentyabrın 1-dən etibarən yenidən bərpa edəcək.

Qeyd edək ki, bu il Bakıdan Şarm əl-Şeyxə ilk uçuş iyunun 3-də “Silkway Travel” şirkəti tərəfindən təşkil edilib. “Airbus A320” təyyarəsi ilə həftədə bir dəfə olmaqla uçuşları “Air Cairo” aviaşirkəti həyata keçirib. Bu istiqamət üzrə saat 09:30-da Bakıdan havaya qalxan təyyarə, yerli vaxtla 11:00-da Şarm əl-Şeyxə çatır, əks istiqamətdə isə 03:00-da havaya qalxan təyyarə 08:30-da Bakıya enirdi. Bu istiqamət üzrə ikitərəfli biletin qiyməti 300 ABŞ dolları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır