"AZAL"dan yeni kampaniya
01 AVQUST 2016
466

"AZAL"dan yeni kampaniya

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Berlinə və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir.

Sözügedən marşrut üzrə uçuşlara sentyabrın 6-dan oktyabrın 29-dək (2016-cı il) aviabilet alan AZAL Miles proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də. Həmçinin, 30 oktyabr tarixindən etibarən (qış mövsümü üzrə uçuş cədvəlinin qüvvəyə minməsi ilə) bu marşrut üzrə uçuşlar davam etdiriləcək. 

Berlin Almaniyanın ən dinamik inkişaf edən turizm mərkəzlərindən biridir və yüksək həyat tempi olan böyük Avropa meqapolisidir. Almaniyanın paytaxtı hər il təxminən 10 milyon qonaq qəbul edir. 

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

 AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır