Bakıdan Rusiyaya yeni ucuz reys
01 AVQUST 2016
343

Bakıdan Rusiyaya yeni ucuz reys

Rusiyanın "Aeroflot" aviaşirkəti qrupuna daxil olan "Pobeda" loukosteri Rostov-Bakı istiqamətində reyslərə bilet satışına payıza qədər başlaya bilər.

Fins.az "Report"-a istinadən verdiyi xəbərə görə, "Pobeda" yeni beynəlxalq istiqamətlərə aviabiletlərin satışını Rostovdan Bakı, Tbilisi, Yerevana, Samaradan Almatıya yayın sonundək açmağı planlaşdırır.

"Pobeda" Rusiya Nəqliyyat Nazirliyi yanındakı qurumlararası komissiyadan qeyd edilən istiqamətlər üzrə uçuşların yerinə yetirilməsi üçün artıq rəsmi icazə alıb", - deyə Agentlik qeyd edib.

Hazırda bu aşağıbüdcəli aviaşirkət 8-i beynəlxalq olmaqla, 58 istiqamət üzrə uçuşlar həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır