3 ulduz otel tikənlərə – GÜZƏŞTLİ KREDİT
02 AVQUST 2016
394

3 ulduz otel tikənlərə – GÜZƏŞTLİ KREDİT

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xızı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Nazirlikdən verilən məlumata görə, Fond Xızı rayonunda işgüzar forum keçirib və sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;

- iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının yaradılması; 

- şirniyyat istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması.

Fonddan bildirilib ki, iş adamları artıq bu gündən etibarən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır