"RyanAir"dən uşaqlı sərnişinlərə xoşagəlməz yenilik
03 AVQUST 2016
236

"RyanAir"dən uşaqlı sərnişinlərə xoşagəlməz yenilik

İrlandiyanın loukosteri "RyanAir" sərnişinlərdən 12 yaşına qədər olan övladlarının yanında oturmaq üçün yerlərin bron etməsinə görə əlavə vəsait tələb edir. Bu haqda fins.az "The Guardian"-a istinadən xəbər verir. 
 
Uşaq yanında oturmaq ödənişlidir, əks halda övlad və valideyn ayrılıqda oturacaq. Belə ki, yerin rezervasiyası məcburi şəkildə olacaq, lakin pulsuz qaydada.
 
Yeni qaydalar 2016-cı ilin 1 sentyabr tarixindən tətbiq olunacaq. Böyüklər 4 avro ödəyəndən sonra uşağının yanında otura bilər. 
 
"RyanAir" şirkətinin marketing direktoru Kenni Ceykobsun dediyinə görə, yeniliklər valideyinlərə məhz öz uşağı ilə birlikdə oturacağına güvən verəcək, şirkətə isə xərcləri azaldacaq. Çünki şirkət dəfələrlə valideyinlərin biletləri düzgün bron etməməsinə görə uçuş gecikmələriylə üzləşib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır