Batumiyə gedənlər artır
05 AVQUST 2016
406

Batumiyə gedənlər artır

Bakıdan Batumiyə bü gunədək 225 sərnişin yola salınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fins.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaxın günlərdə daha 343 nəfər sərnişin yola düşəcək.

Ayrı-ayrı günlərdə Batumiyə bilet alan sərnişi nlərin sayını təqdim edirik.

5 avqustda - 72 nəfər

8 avqust da - 110 nəfər

10 avqustda – 65 nəfər

12 avqustda - 64 nəfər

15 avqustda - 32 nəfərsərnişin yola düşəcək. Xatırladaq ki, Gürcüstanın Nəqliyyat Nazirliyinin rəsmiləri də Bakl-Batumi avtobus reysinin fəaliyyətini müsbət qiymətlərndirib.

Bakı Beynəlxalq Avtovağzalından Türkiyənin Antalya, Alanya, Bodrum və Kuşadası şəhərlərinə avtobus reysləri boş qalıb. DANX-dan bildirilib ki, həmin reyslərdən ancaq Antalya cəmi 6 nəfər yola salınıb. Digər reyslərə böyük maraq göstərilsə də hələki bilet alan olmayıb.

Bu istiqamətdə reyslə maraqlanan çox olsa da hələki bilet alan olmayıb. DANX rəsmiləri bunu Türkiyədəki mövcud ictimai-siyasi vəziyyətlə və təhlükəsizlik tədbirləri ilə izah ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır