Şərqi Afrika ölkələri elektron viza sisteminə keçdi
08 AVQUST 2016
191

Şərqi Afrika ölkələri elektron viza sisteminə keçdi

Şərqi Afrika dövlətlərinin hakimiyyət dairələri viza verilməsi prosesində dəyişikliklər edib. İndi turistlər Uqanda gəldikdə elektron viza almalıdırlar. 1 avqust 2016-cı ildən ölkəyə səfər etmək istəyən əcnəbilər əvvəlcədən sənədlərini online rejimdə təqdim etməlidirlər. Beləki, e-viza üçün xüsusi veb səhifədəki ərizə formasını doldurmaq lazımdır. Vizanın verilməsi haqqında qərar isə e-poçta göndərilir.
 
Bu vizanı sonra çap edərək, biletlər və pasportlar ilə birlikdə sərhəd gözətçi əməkdaşlarına təqdim etmək lazımdır. E-viza indi iki dəfə daha ucuzdur - 50 dollar. Bu şəkildə Şərqİ Afrika ölkələrinə də viza almaq olar. Bu viza ilə yalnızca Uqanda deyil eləcə də Keniya və Ruandada səfər etmək də mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır